19 MART 2022

NOVRUZ

TƏDBİRİnə

qoşulmağa

tələsİn

Səhifəmizə Xoş Gəlmisiniz...

BİZ kimik?

“BİZ” Gənclər Hərəkatı - mütərəqqi ruhlu, ictimai və xeyirxah insanları bir araya toplayan hərəkatdır. BİZ - insanlara yardım etmək istəyənlərlə qayğı və dəstəyə ehtiyacı olan insanlar arasında vasitəçiyik. Cəmiyyət ölkə ərazisində yerləşən internat və əlillər evinin sakinləri üçün, həmçinin kimsəsiz qocalar evlərinə müvafiq yardımlar edilməsi, xeyriyyə tədbirlərinin təşkili ilə qayğıya ehtiyacı olan insanların daima yanında olub kömək göstərmək məqsədi daşıyır.Hərəkata milliyyətindən asılı olmayaraq, hər bir vətəndaş üzv ola bilər və yaxud maddi köməklik göstərə bilər.

Məqsədlərimiz : 
a) Kimsəsiz və ehtiyacı olan gənclərin inkişafı üçün şərait yaradılmasına kömək və qayğı göstərmək;
b) Kimsəsiz və köməksiz, həmçinin əlil adamlara mənəvi və maddi yardım etmək.
c) Müxtəlif regionlarda xeyriyyə işlərinə həsr olunmuş yığıncaqlar, görüşlər və digər xeyriyyə tədbirləri keçirmək
d) Təşkil olunan hər hansı layihə, tədbir üçün cəmiyyət öz vəsaitindən istifadə edir və əlaqədar müəssisə, təşkilat, birlik və cəmiyyətlərin köməyinə arxalanır.
e) Cəmiyyət öz fəaliyyətini təbliğ etmək və gördüyü işlər barəsində məlumat vermək üçün mətbuat, radio, televiziya və sosial şəbəkələrdən istifadə edir.

Necə yardım edə bilərsiniz?

  • Tədbirlərdə birbaşa iştirak
  • Üzvlərin biri ilə görüşərək 
  • Səhifəmizə yazaraq
  • Saytın əlaqə bölməsinə yazaraq
  • Hesaba köçürmə etməklə

 

Tədbirlərimizdə siz də qoşulun

Ehtiyaclıları sevindirmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz

Sitat

İnsanlar bir-birlərinə yardım etməkdən əl çəkdikləri gün insanlıq yox olar. 
Valter Scott - İngilis şairi
Yardımlaşma və həmrəylik cəmiyyətin tərəqqisi üçün ən gözəl vasitədir.
Naməlum

Komandamız

Tədbirləri təşkil edərək yardımlarınızı ehtiyaclılara çatdıran komandanın bir hissəsini siz də tanıyın.
Böyükağa İsrəfilov
Elvin Tahirli
Vuqar Muradov
Ceyhun Həsənov
Lalə Əhmədova
Toğrul Məmmədov
Aynurə İsayeva
Raida Hüseynova
Emil İsmayılov
Kamil Quliyev
 
 

© Copyright BİZ Gənclər Hərəkatı